Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Nikoil Bank və Bank VTB birgə işləyəcəklər - MÜQAVİLƏ BAĞLANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nikoil Bank və Bank VTB birgə işləyəcəklər - MÜQAVİLƏ BAĞLANDI

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN

 

Reklam_3_11

NIKOIL | Bank və Bank VTB (Azərbaycan) birgə bankomat şəbəkəsi istifadəsi üzrə tərəfdaşlıq müqaviləsi imzalayıb. 

 

Bu müqavilə nəticəsində bütün müştərilər - hər iki bankın kart sahibləri NIKOIL | Bank və Bank VTB (Azərbaycan) bankomatlarında əlavə komissiya haqqı olmadan nağd pul çıxara biləcəklər.

 

Əlavə olaraq, birgə bankomat şəbəkəsində "Cash by Code" və "Card to Card" vasitəsilə vəsait köçürülməsi, həmçinin 3D Secure və SMS-bildiriş kimi xidmətlər mümkün olacaq.

 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil


 

Bank VTB (Azərbaycan)-n yaydığı məlumatda da deyilir ki,  VTB (Azərbaycan) kart sahibləri NIKOIL | Bankın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər.

 

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri NIKOIL | Bankın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən “Cash by Code” xidmətindən istifadə edərək vəsaitin köçürülməsi, “Card to Card”, 3D Secure parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər.

 

Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən VTB (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi VTB, Poçta Bank (Rusiya), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də yerli AccessBank, PASHA Bank və NIKOIL | Bank ilə təmsil olunur.

 

NIKOIL | Bank ilə tərəfdaşlıq VTB (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq.

05.10.2017 07:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ