Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

VTB (Azərbaycan)-ın komandası Azfar Biznes-Liqasının iştirakçısı oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
VTB (Azərbaycan)-ın komandası Azfar Biznes-Liqasının iştirakçısı oldu

Bank VTB (Azərbaycan)-ın komandası Azərbaycan şirkətləri arasında mini-futbol üzrə korporativ turnir - AZFAR "Biznes liqası" çempionatının iştirakçısı olub.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, VTB (Azərbaycan)-ı həm Azərbaycanda, həm də xaricdə dəfələrlə müxtəlif turnirlərdə iştirak edən “VTB Bank” komandası təmsil edəcək.

 

Ötən il bank VTB (Azərbaycan)-ın komandası “Ataholding” tərəfindən təşkil olunmuş mini-futbol turnirində 1-ci, 2014-cü ildə isə 2-ci yeri tutmuşdur. Bundan başqa, “VTB Bank” komandası 2013 və 2016-cı illərdə Moskvada keçirilən VTB qrupun spartakiadalarında da iştirak edib.

 

“Biznes liqa” çempionatı Azərbaycanın ən fəal və qabaqcıl şirkətləri üçün nəzərdə tutulub. Belə çempionatda iştirak daxili korporativ münasibətlərin möhkəmlənməsinə, eləcə də əməkdaşlar arasında fiziki hazırlıq səviyyəsinin artırılmasına və ruh yüksəkliyinin formalaşmasına səbəb olur”- deyə, “VTB Bank” komandasının kapitanı Anar Rəhimov qeyd edib.


Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” MMC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

06.10.2017 13:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ