Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da qazılan neft quyularının sayı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da qazılan neft quyularının sayı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesinin görünüşü və qısamüddətli xam neft hasilatı barədə göstərici kimi qəbul edilən qazılan quyuların sayı bu həftə geriləyib.


 
"Marja" xəbər verir ki, Dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən biri olan "Baker Hughes"ın açıqladığı  məlumatlara görə, Amerikanın neft sənayesində qazılan neft quyularının sayı 2 quyu azalıb və 2-6 Oktyabrı əhatə edən həftədə ümumi say 748-ə düşüb.
 

Reklam_3_11


Beləliklə, ölkədə qazılan neft quyularının sayında son 5 həftədə 4 dəfə azalma baş verib.


 
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609-a çatmış, aşağı neft qiymətlərinin mənfi təsirilə keçən ilin may ayında 316-ya geriləmişdi.


 
Digər tərəfdən, ABŞ-ın xam neft istehsalı artmaqda davam edir.


 
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqladığı məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 14 min barel artımla 9,56 milyon barelə çatıb. Beləliklə, ABŞ-ın xam neft istehsalı 4 həftə ardıcıl yüksəlmişdir.  
 
 EIA-nın hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il 9,8 milyon barrel olması nəzərdə tutulur.

Brent nefti bu həftəni 2,42% ucuzlaşma ilə 55,62 dollarda bağlayıb.

07.10.2017 07:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ