Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fed/Dudley: Fed faiz artırmaqda davam etməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed/Dudley: Fed faiz artırmaqda davam etməlidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (Fed) Nyu-York şöbəsinin sədri William Dudley, Fed-in pilləli (mərhələli) olaraq faiz artırmasına davam etməsini dəstəklədiyini söyləyib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Dudley, inflyasiyanın Fed-in hədəflədiyi 2%-lik səviyyədən aşağı qalmaqda davam etməsinin özünü də çaşdırdığını ifadə edərək, buna baxmayaraq Fed-in pilləli olaraq faiz artırmaq siyasətinə davam etməsi lazım olduğunu müdafiə edib.

 

ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN

 

ABŞ iqtisadiyyatının artım proqnozunun 2%-dən bir az yüksək olduğuna işarə edən Dudley, aşağı işsizlik, məşğulluqdakı artım və artan maaşların fərdi gəlirləri yüksəltdiyinə diqqəti çəkib və istehlakçı xərcləmələrinin gələcək rüblərdə artacağını gözlədiyini deyib.

 

Harvey, Irma və Maria qasırğalarının nəticələrinə də toxunan Dudley,  bu qasırğaların təsirlərinin "mülayim" olacağını dilə gətirib. Dudley, "Təbiət fəlakətlər ilk başda iqtisadi fəaliyyətləri azaldır. Ancaq bu cür fəlakətlər yenidən iqtisadi fəaliyyətlərin artmasına kömək edir." ifadələrini istifadə edib.

 

Dudley-in bu il Federal Açıq Bazar Komitəsində (FOMC)  səs vermək hüququ var.

 

FOMC, 31 Oktyabr-1 Noyabr və 12-13 dekabr olmaqla bu il iki təfə iclas keçirəcək.

09.10.2017 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ