Hökumət Manatın daha da ucuzlaşmasını istəmir?
2016-cı ildə hökm sürən valyta qıtlığı istər turizm üçün, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır.
Ekspert Rövşən Ağayev bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək almasını hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biri hesab edir.
Xəbər verdiyimiz kimi, 2017-ci ildə Neft Fondu “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə” Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar) transfert etməsi nəzərdə tutulur.
Ekspertin sözlərinə görə, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir. Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa.
Şübhəsiz ki, strateji baxımdan bu addımın fəsadları olacaq - ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan
Üstəlik hazırkı addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və vaxt itirmədən start verəcək.
Əks halda biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illər bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır.
Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? Yuxarıda da qeyd elədim manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalanma isə fiskal baxımdan hökumətin maraqlarına cavb vermir. Bu baxımdan Mərkəzi bank vasitəsilə valyuta dəstəkyi mexanizmi hazırda formalşan məzənnə ətradında sabitləşməni hədəfə alıb...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 50 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl