Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda böyük Apple mağazası açılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda böyük Apple mağazası açılacaq

"Port Baku AVM"də oktyabrın 20-də yeni "Apple Premium Reseller" mağazası açılacaq.

 

Reklam_3_11

Yeni Alma Store şourum formatında çalışacaq.

 

Mağaza Apple məhsulları ilə alış-veriş mərkəzinin birinci mərtəbəsində yerləşəcək. Yeni mağazanın sahəsi 170 kv. artıq olacaq. Mağaza Apple bütün standartlarına uyğun müassir interyerlə təmin ediləcək: mebeli avropadan, parketi Kanadadan, divarlar isə işıqlı panellərlə örtüləcək.

 

Böyük bir sahə yeni modellərlə stendlərə ayrılacaq, bu da öz növbəsində onları testdən keçirməyə imkan verəcək.

 

Yeniliklərdən biri demo-zona Beats olacaq.

 

Mağazada həmçinin Apple məhsullarıilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağıda fəaliyyət göstərəcək.

 

Mağaza xüsusi kosultasiya seksiyası ilə və Flex Table təlim ilə seçiləcək.

 

Arzu edən hər bir kəs masada əyləşərək, Alma Store "dahi"dən yardım ala bilər. Bunun üçün mağazadan heç bir şey almaq məcburiyyətində deyilsiniz.

 

"Alma Store Port Baku"da Azərbaycanda Apple alıcıları üçün yeni cəlbedici bir mərkəz olacaq. Bu sadəcə məhsullarla dolu vitrin deyil, bura həmçinin çox rahat bir məkan olacaq, harada yeni məhsullarla tanış olub, testdən keçirdib və ekspertlərin kosultasiyasından yararlana bilərsiniz.Bizim üçün ən vacib məqamlardan biri, keyfiyyətli texnikanı dəyərləndirənlər üçün xüsusi bir mühitin yaradılmasıdır" – bu haqda öz açıqlamasında Apple şirkətinin Azərbaycandakı rəsmi biznes partnyoru olan "ASBC" MMC şirkətindən bildiriblər.

 

Yeni mağazada Apple bütün məhsullarını bir araya toplayacaqlar, yeni məhsullar isə birinci olaraq Azərbaycana gətiriləcək.

 

Qiymətlər bazar səviyyəsində olacaq.


Alma Store-da həmçinin müxtəlif brendlərin və qiymət kateqoriyalarına aid aksesuarların geniş çeşidli seçimi olacaq.

09.10.2017 10:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ