Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Veysəloğlu Qrup" iş axtaran tələbələr və məzunlar üçün informasiya sessiyaları təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Veysəloğlu Qrup" iş axtaran tələbələr və məzunlar üçün informasiya sessiyaları təşkil edib

Veysəloğlu Şirkətlər Qrupu 11-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisində iştirak edib. Təhsil Nazirliyinin dəstəyi ilə "Baku Expo Center"də 6-8 oktyabr tarixində baş tutan sərgidə “Veysəloğlu Qrup”da öz stendi ilə iştirakçıların xidmətində olub.

 

Reklam_3_11

Sərgi çərçivəsində şirkətimizin əməkdaşları iş axtaran universitet tələbələri və məzunları üçün informasiya sessiyaları təşkil edib, “Veysəloğlu Qrup”da yaranmış mövcud vakansiyalarla bağlı sərgi iştirakçılarını məlumatlandırıblar.

 

Eyni zamanda universitet tələbələrinin və məzunlarının Veysəloğlu Tələbə Təqaüdü və Təcrübə proqramları ilə bağlı suallarını cavablandırıblar.

 

Sərginin əsas məqsədlərindən biri tələbələr və ali təhsil müəssisələrini bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla vakant iş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqələr yaratmaq, iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etmək olub.

 

Qeyd edək ki, sərgiyə 24 ölkədən 144 iştirakçı qatılıb.

09.10.2017 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ