Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorudur

iç səhifə xəbər başlığı altı (mobil)_31
31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorudur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycanda 31 bankdan cəmi 4-nün adı var.

 

Bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.

 

Sığorta şirkətləri ilə bağlı vəziyyət isə nisbətən yaxşıdır.

 

Belə ki, 20 sığortaçıdan 13-nün adı sözügedən siyahıda var. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta, “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lədir.

 

Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.

 

Siyahıya bank olmayan kredit təşkilatlarınından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.

 

Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil. 

 

Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar. 

 

© Report

09.10.2017 13:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ