Türkiyə bankı Azərbaycanda mənfəətlə işlədi

“Ziraat Bank Azərbaycan” ASC 2016-cı ili 5 milyon 956.91 min manat xalis mənfəət ilə başa vurub.

 

Marja” Banka istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın  xalis mənfəti 2015-ci illə müqayisədə 72% artıb.  Bank 2015-ci ildə 3 milyon 459.11 min manat xalis mənfəət əldə etmişdi.

 

Ötən il “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 14 milyon 64 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 133 min manat, qeyri-faiz gəlirləri 5 milyon 932 min manat təşkil edib. Bank 2015-ci ildə cəmi 7 milyon 619 min manat  gəlir əldə etmişdi (4 milyon 736 min manat faiz, 4 milyon 329 min manat qeyri-faiz).

 

Ötən ilin yekununda faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın  8 milyon 130 min manat əməliyyat mənfəəti qalıb. Bank əməliyyat mənfəətindən 433.69 min manatını ehtiyatlara ayırıb və 1 milyon 739.4 min manata mənfəət vergisi ödəyib. Nəticədə də Bankın 5 milyon 956.9 min manat xalis mənfəəti qalıb.

 

31 Dekabr 2016-cı il tarixinə “Ziraat Bank Azərbaycan” ASC  132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə, 60 milyon 6230 min manat cəmi kapitala malik olub.  Bank 31 Dekabr 2015-ci il tarixində 90 milyon 244.71 min manat cəmi aktivlərə, 36 milyon 10 min manat cəmi öhdəliklərə, 54 milyon 234 min manat cəmi kapitala malik idi.

11 Yanvar 2017, 12:35   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, info@marja.az