Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu gün Katalonyanın birtərəfli müstəqillik elan edəcəyi gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Katalonyanın birtərəfli müstəqillik elan edəcəyi gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İspaniyanın şərqindəki Kataloniya muxtar vilayətinin parlamentinin bugünkü iclasında birtərəfli müstəqillik elan ediləcəyi gözlənilir.
 

"Marja" xəbər verir ki, Kataloniya yerli parlamenti, qeyri-qanuni olmasına baxmayaraq 1 Oktyabrda keçirilən müstəqillik referendumundan sonra mövcud siyasi vəziyyəti qiymətləndirmək üçün muxtar idarəetmə hökumətinin sədri Carles Puigdemontun tələbilə bu gün 20.00-da toplanacaq.


 
Puigdemontun birtərəfli müstəqillik elan etmək üçün Katalon parlamentini topladığı düşünülür.


 
Katalonyadaki hakimiyyət ortağı "Katalon Avropalı Demokrat Partiyası" (PDECAT) rəhbərləri, bu gün bir müstəqillik elan ediləcəyini, ancaq bunun "rəmzi" olacağını irəli sürüb.

 

Katalon müxaliflərdən "zalı tərk edəcəyik" açıqlaması


 
1 Oktyabrdakı referendumu və onunla bağlı çıxarılan qanunları, "qeyri-qanuni" olaraq xarakterizə edən Katalon parlamentindəki müxalif partiyalar isə ehtimal olunan birtərəfli müstəqillik elanı səsverməsi halında  salonu tərk edəcəklərini bildirib.


 
Hər şeyə baxmayaraq müstəqillik tərəfdarı olan qeyri-hökumət təşkilatları, Katalon xalqından yerli parlament qarşısında toplanıb, "müstəqillik bəyannaməsinə" dəstək vermələrini istəyiblər.
 
 
İspanya hökuməti isə "simvolik" və ya "həqiqi" müstəqillik elanının "cavabsız qalmayacağını" açıqlayıb.


 
Baş nazirin müavini Soraya Saenz də Santamaria, bir İspan radiosuna verdiyi müsahibədə "Əgər birtərəfli müstəqillik elan edilsə, bunun heç bir təsiri olmayacaq. Hökumətimiz, Senat vasitəsilə lazımi tədbirləri görəcəkdir", -ifadələrini istifadə edib.

10.10.2017 04:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ