Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünyada işsizlərin sayı 200 milyonu keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünyada işsizlərin sayı 200 milyonu keçdi

Beynəlxalq Əmək Təşkilatı (BƏT, ILO) "2017 Dünyada Məşğulluq və Sosial Mənzərə" hesabatını yayımlayıb.

 

"Marja" hesabata istinadən xəbər verir ki,  2003-2016- da kiçik və orta sahibkarlığın (KOS) yaratdığı iş yerlərinin sayı 2 dəfə artıb və onların cəmi məşğulluqda payı 31%-dən 35%-ə yüksəlib.

 

İnkişaf etməkdə olan iqtisadiyyatlarda KOS-lar ümumi məşğulluğun 52%-ni yaradarkən, inkişaf etmiş iqtisadiyyatlarda bu nisbət 41 faizdir.


 
BƏT qlobal işsizlik nisbətinin 2017-də 5,8 faiz olduğunu və bu nisbətin yaxın perspektivdə düşməyəcəyi barədə xəbərdarlıq edib.


 
Qlobal səviyyədə işsizlərin sayının 201 milyonu keçdiyi məlumatı verilən hesabatda, 2016-cı illə müqayisədə 3,4 milyon artım qeyd edildiyi də vurğulanıb.
 

Hesabatda, 2016-da özəl sektorun dünya miqyasında 2,8 milyard nəfəri işlə təmin etdiyi və ümumi məşğulluğun 87%-ni təmsil etdiyi bildirilib.


 
Hesabatda həmçinin, son illərdəki bütün irəliləyişlərə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə təxminən 780 milyon işçinin hələ də "ifrat" və ya "orta dərəcədə" yoxsulluq şəraitində yaşadığı qeyd edilib.

10.10.2017 12:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ