Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Onlar hökumətin “tələsinə” çox pis düşdülər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onlar hökumətin “tələsinə” çox pis düşdülər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün bir sıra banklar Dollar satışını bərpa ediblər.

 

Reklam_3_11

Xəbər verdiyimiz kimi, “KapitalBank” və “Bank Respublika” 5000 dollar limitlə, “Dəmir Bank” 500 dollar, “Unibank” isə 200 dollar limitlə dollar satışına başlayıblar.

 

Banklar Dolları 1.8450 manatdan satırlar. Dolların alış qiymətiləri isə 1.77 manat səviyyələrindədir.

 

Bankların bir-birinin ardınca dollar satışına başlamaları “qara bazar”ın təlaşa düşməsinə səbəb olub. Dolları 1.90 manatdan aşağı satmayan qanunsuz valyuta ticarətçiləri dünən axşamdan başlayaraq Dolların alış və satış qiymətlərini aşağı salıblar. Onlar Dollar almaqda tərəddüd etməyə də başlayıblar, çünki dolların daha da düşə biləcəyindən ehtiyatlanırlar. Dolları daha baha satmaq məqsədilə alıb yığanlar isə daha çox narahat olmağa başlayıblar.

 

Düzdür dünəndən bankların alış qyimətini 1.77 manat səviyyələrinə salmaları dollar alverçilərinin xeyrinədir. Dolları daha baha qiymətə satmaq istəyənlər  yenə "qara bazar"a üz tuturlar. "Qara bazar"la mübarizə məqsədilə bankların Dolların alış qimətilərini kəskin aşağı salmamaları daha doğru olardı.

 

Dünən axşam saatlarında bu da məlum oldu ki, gələn il Dövlət Neft Fondu "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə”  Mərkəzi Banka  təxminən 4,2 milyard dollar  transfert edəcək. Bu hökumətin indiki mərhələdə Manatın daha çox dəyərdən düşməsinə qarşı olduğuna işarə edir. 

11.01.2017 10:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ