Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kapital Bank daha bir yenilənən filialını istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank daha bir yenilənən filialını istifadəyə verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Tərtər filialının yenilənmiş ofisini istifadəyə verib.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, yeni konsepsiya əsasında təmir edilən filial Tərtər şəhəri, E. Hüseynov küç., 9 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

 

Kapital Bank-ın yeni konsepsiya əsasında təmir edilən Tərtər filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

 

Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay, Qobustan və Beyləqan filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir.

 

Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

12.10.2017 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ