Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bank Melli İran" Bakı filialı böyük zərərdən sonra mənfəətə çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Melli İran" Bakı filialı böyük zərərdən sonra mənfəətə çıxıb

"Bank Melli İran" Bakı filialı 2017-ci ilin 9 ayını 1 milyon 336 min manat xalis mənfəətlə başa vurub.

 

Halbuki, Bank 2016-cı ilin eyni dövründə 15 milyon 370 min manat zərər etmişdi. Zərərin yaranmasının səbəbi aktivlər üzrə ehtiyatların yaradılmasına 16 milyon 873 min manat ayrılması idi. "Bank Melli İran" Bakı filialının lisenziyası ləğv edilmiş banklarda depozitləri qalıb. Bu səbəbdən filial qaydalara uyğun olaraq böyük ehtiyat yaratmaq məcburiyyətində qalmışdı.

 

"Bank Melli İran" Bakı filialı 2016-cı ili 29 milyon 264 min manat zərər ilə bağlamışdı.

 

“Marja” filialın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin 9 ayında filialın faiz gəlirləri 2 milyon 264 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirlər 142 min manat, haqq və komissiya gəlirləri 150,5 min manat, digər gəlirlər təxminən 3 min manat təşkil edib.  

 

Filial bu il ehtiyatlara ayırma etməyib, əksinə ehtiyatlardan 42 min 791 manatı gəlirə əlavə edib. İnzibati, digər xərclər və vergi çıxıldıqdan sonra filialın 1 milyon  335 min 723 manat xalis mənfəəti qalıb.

 

30 Sentyabr 2017-ci il tarixində "Bank Melli İran" Bakı filialı 93 milyon  669 min manat cəmi aktivlərə, 30 milyon 224 min manat cəmi öhdəliklərə və 63 milyon 445 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 80 milyon 467 min manat cəmi aktivlərə, 58 milyon 560 min manat cəmi öhdəliklərə və 21 milyon 906  min manat cəmi kapitala malik idi.

12.10.2017 08:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ