Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

STAR neft emalı zavodunun fəaliyyətə başlayacağı vaxt açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
STAR neft emalı zavodunun fəaliyyətə başlayacağı vaxt açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə inşa olunan STAR neft emalı zavodunda istehsal 2018-ci ilin avqust ayında, məhsulun satışına isə sentyabr ayında başlanması gözlənilir. 


Bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib. 


O qeyd edib ki, hazırda zavodda inşaat işləri 95% tamamlanıb: "Zavodun tam təhvil-təslimi gələn ilin dekabr ayında olacaq. Amma satış sentyabrdan başlayacaq". 


Z.Qəhrəmanov bildirib ki, STAR zavodu layihəsində texniki dəyişikliklər olub:

 

"Zavod layihələndirilərkən müəyyən neft növünə hesablanmışdı. İndi isə nəql olunacaq neftin növlərinin çeşidi genişləndirilib. Buna görə də zavodun layihəsinə dəyişikliklər edilib. Bunun üçün də əlavə rezervuar həcmlərinə ehtiyac yaranıb. Layihəyə salınmış texniki dəyişikliklərə görə, onun tikintisi 5,4 mlrd. dollardan 6 mlrd. dollara artıb. Bu məbləğə zavodun tikintisi və bank kreditləri ilə bağlı xərclər daxildir".

 

© Report

12.10.2017 15:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ