Çinə ixrac missiyası təşkil olunacaq - İXRACATÇILAR SEÇİLƏCƏK

İqtisadiyyat Nazirliyi Çinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, missiya 12-15 noyabr tarixlərində olacaq, şərab və spirtli içkilər istehsalı sahəsini əhatə edəcək. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə qaydası" əsasında noyabrın 1-də AZPROMO-da təşkil olunacaq.

 

Seçim meyarları aşağıdakı kimidir:

 

-İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

-Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

-Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və yaxud məlumatlar;

 

Sənədlər oktyabrın 17-nə qədər Bakı Biznes Mərkəzinə (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanına) təqdim olunamlıdır. Əlaqələndirici şəxs AZPROMO-nun İxracın təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur (tel.: (012) 598 01 47/48 (daxili 141), e-poçt: [email protected][email protected])

13 Oktyabr 2017 , 09:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin