Dövlət bankı Azər Türk Bank Bakı Şopinq Festivalının rəsmi tərəfdaşıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından irəli gələn tədbirlərdən biri də Bakıda sopinq festivallarının təşkilidir. İldə iki dəfə təşkil edilməsi nəzərdə tutulan "Bakı Ticarət Festivalı" ("Baku Shopping Festival") bu dəfə oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcəkdir.
Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank bu möhtəşəm tədbirin ərsəyə gəlməsində də rəsmi tərəfdaş qismində çıxış edir.
Bundan əlavə Azər Türk Bank, həmçinin Festivalın müvəkkil banklarından biridir. Vətəndaşlar Festivalın mağazalarında 100 AZN-dan çox məbləğdə alış-verişin müvafiq qaydalarına uyğun olaraq ƏDV-nin müəyyən qismini bankımızın baş ofis, filial və şöbələri vasitəsilə, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına köçürmə ilə geri ala biləcəklər.
Həmçinin Dövlət bankı olan Azer Turk Bank müştərilər üçün möhtəşəm bir fürsət yaradaraq sığorta xərclərini ödəmədən 15.000 AZN-dək kredit əldə etmək imkanını təqdim edir. Bu imkan Bankın müştərilərinə 15 oktyabr – 15 noyabr tarixində keçirilən Bakı Şopinq Festivalın 400-dən çox mağazalarında alış-veriş edib müxtəlif endirim, kampaniya və “Tax Free” istemindən yararlanmaq fürsəti də yaradır.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
5 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl