Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vergilər Nazirliyi ilə banklar arasında görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi ilə banklar arasında görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

13 oktyabr 2017-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasında(ABA) Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) proseduru üzrə yeni qaydalar ilə əlaqədar fikir mübadiləsi aparılıb.

 

İclasda ABA-nın “Çirkli Pulların Yuyulmasına qarşı mübarizə və Komplayens” üzrə Ekspert Qrupunun sədri Anar Kərimov, Ekspert Qrupunun üzvləri, Vergilər Nazirliyi tərəfindən Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktoru, kiçik vergi xidməti müşaviri Səfərəli Cavadov və həmin idarənin Monitorinq şöbəsinin rəhbəri, baş vergi xidməti müşaviri Dəyanət Hüseynzadə, eləcə də, bankların nümayəndələri iştirak edib.

 

İclasın məqsədi sözügedən qaydalara əsasən banklarda açılan hər bir müştəri hesabı, o cümlədən əmək haqqı kart hesabları üzrə Vergi Rezidentliyinin Müəyyən Edilməsi Üçün Özünüqiymətləndirmə Anketinin əldə edilməsi tələbi ilə bağlı iclas iştirakçılarına maraqlı olan məsələlərə aydınlıq gətirilməsi olub.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

16.10.2017 09:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ