Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Nobel Oil" şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nobel Oil" şirkəti “Şəffaf Vergi Partnyoru” statusuna layiq görülüb

"Nobel Oil" şirkəti şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyoru” statusu ilə təltif olunub. Bu barədə "Marja"ya Şirkətdən bildirilib.

 

Reklam_3_11

“Şəffaf Vergi Partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində yeni yanaşmadır.

 

“Şəffaf Vergi Partnyoru” statusuna layiq olmaq üçün şirkət bir sıra meyarlara cavab verməlidir. Vergi ödəyicisi, ilk növbədə, vergiləri tam həcmdə və vaxtında ödəməli, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və milli uçot standartlarına uyğun, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmayan ödəyici olmalıdır.

 

"Nobel Oil" ölkənin neft-qaz sektorunda aparıcı şirkətlərdən olaraq dayanaqlı inkişaf istiqamətində davamlı səylər göstərir. Nobel Oil şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.

16.10.2017 09:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ