Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Bank Respublika” və “Rabitəbank” birləşə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika” və “Rabitəbank” birləşə bilər

“Bank Respublika” və “Rabitəbank” ASC-lər arasında mümkün konsolidasiyaya dair danışıqlara başlanılıb.


Bu barədə  bank dairələrindən məlumat verilib.

Reklam_3_11


Bununla belə, hələ ki, konsolidasiyanın hansı formada olacağı, yəni, banklardan birinin digərinə birləşəcəyi və yaxud iki bankın birləşməsi ilə bazara yeni ad altında bankın daxil olacağı məlum deyil.


Xatırladaq ki, bir qədər əvvəl adları çəkilən banklar bankomat şəbəkəsini birləşdirib və müştərilərinə bir-birinin bankomatlarından komissiyasız istifadə etmək imkanı yaradıb. 


Məsələ ilə bağlı banklarla əlaqə saxlanıb.

 

"Bank Respublika"dan bununla bağlı məlumat olmadığı bildirilib.

 

"Rabitəbank"dan isə bildirilib ki, indiyə qədər müxtəlif kredit təşkilatları ilə konsolidasiyaya dair müzakirələr aparılıb, amma heç bir maliyyə qurumu ilə yekun razılıq əldə olunmayıb:

 

"Maliyyə bazarında konsolidasiya proseslerinin aktiv olması məqsədi ilə her zaman müxtəlif səpkidə danışıqlar aparmışıq, lakin bu günə hər hansı maliyyə institutu ilə yekun qərarımız mövcud deyil". 

 

© “Report”

16.10.2017 10:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ