DYP-dən "evakuator" açıqlaması
Bakıda Dövlət Yol Polisinə (DYP) məxsus evakuatorların fəaliyyətinin müvəqqəti dayandırılması barədə deyilənlər doğru deyil.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, hazırda evakuator avtomobilləri fəaliyyətini davam etdirir: “Bütün sahələrdə qışa hazırlıq işləri aparılır. Biz də qışa hazırlıq işləri həyata keçiririk. Eyni zamanda müvəqqəti mühafizə olunan dayanacaqlarda da bu işlər həyata keçirilir. Adı çəkilən duracaqda qışa hazırlıqla əlaqədar gedən təmir işləri ilə əlaqədar evakuator avtomobilləri şənbə və bazar günləri fəaliyyətini dayandırıb. Ancaq hal-hazırda evakuator avtomobilləri işini davam etdirir. Xatırladıram ki, Bakı ərazisində dayanma-durma qaydalarını pozanlar və parklanmaya icazə verilməyən ərazilərdə avtomobil saxlayan sürücülər barədə tədbirlərin görülməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən iş davam etdirilir. Yəni inzibati qaydada protokol da yazılır, qadağan edilmiş ərazidə avtomobil saxlanılırsa, evakuasiya olunur və yaxud da elektron protokol tərtib edilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. əvvəl
-
4 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
4 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
16 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı