Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

ABŞ-da rekord neft hasilatı gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da rekord neft hasilatı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin xam neft istehsalının gələn il artmağa davam edərək, rekord səviyyəyə çatmasının gözləndiyini bildirib.
 


"Marja" EIA-dan verilən açıqlamaya istinadən xəbər verir ki, ölkənin xam neft hasilatının 2018-ci ildə gündəlik orta hesabla 9,9 milyon barrelə yüksəlməsinin nəzərdə tutulduğu qeyd olunub.


 
Açıqlamada, söz mövzusu proqnozun həyata keçməsi halında ABŞ-ın xam neft hasilatının 1970-ci ildə qeyd edilmiş rekord hasilat səviyyəsini geridə qoyacağı vurğulanıb.


 
 ABŞ-ın xam neft hasilatı 1970-ciildə gündəlik orta hesabla 9,6 milyon barrel olmuşdu.


 
Ölkənin keçən ilki xam neft hasilatı isə aşağı neft qiymətləri səbəbi ilə, gündəlik orta hesabla 8,8 milyon barrel səviyyəsində olmuşdu.


 
İLİN İKİNCİ YARISINDA ARTIM GÖZLƏNİLİR


 
EIA-dan verilən açıqlamada,  ABŞ-ın xam neft istehsalının bu ilin ikinci yarısında, ilin ilk yarısı ilə müqayisədə, gündəlik orta hesabla 340 min barrel artaraq 9,4 milyon barrelə çatmasının nəzərdə tutulduğu bildirilib.


 
Açıqlamada, bu ilin ikinci rübündəki xam neft hasilatının çoxunun ABŞ-ın Texas ştatının qərbində və Nyu Mexiko ştatının cənub-şərq istiqamətindəki bölgələri əhatə edən Permian hövzəsindən olacağına diqqət çəkilərkən, bu hövzədə qazma əməliyyatlarının da artmasının gözlənildiyi qeyd edilib.


 
 Bu ilin 6 ayında ölkənin xam neft istehsalı gündəlik orta hesabla 9,1 milyon barrel səviyyəsində olmuşdur.


 
EIA-nın xam neft hasilat proqnozları, qlobal bazarda neft qiymətləri, ABŞ-dakı qazılan quyu sayı ilə neft quyularında hasilat miqdarı dəyişiklikləri və şirkətlərin nağd pul axınları kimi göstəricilər nəzərə alınmaqla müəyyən olunur.

17.10.2017 05:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ