Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İsti suyun qiyməti qalxmayacaq – AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
İsti suyun qiyməti qalxmayacaq – AÇIQLAMA

Tarif Şurasının 28 noyabr tarixli qərarı əhalinin isti su təminatında qiymət artımına təsir göstərməyəcək.   "Azəristiliktəchizat" ASC bildirir ki, yeni qərar əksinə isti suyun qiymətinin artırılmasının qarşısını alacaq. 

 

Belə ki,  "Azəristiliktəchizat" ASC əhali və təsərrüfat hesablı müəssisələr olmaqla iki kateqoriyaya xidmət göstərir. Əhai kateqoriyası üçün 1 kub metr su təchizatına görə 35 qəpik,  tullantı sularının axıdılması xidmətləri üçün 15 qəpik təsdiq edilmişdi. Təsərrüfat hesablı müəssisələr üçün isə 1 kub metr su təchizatına görə 1 manat ödənilirdi. 

 

Bu qərardan sonra əhali və təsərrüfat hesablı müəssisələr də daxil olmaqla bütün "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib. 

 

Qeyd edək ki, "Azəristiliktəchizat”  160 mindən artıq əhali qrupu üzrə abonentə xidmət göstərir. Bu qərar səhmdar cəmiyyətə imkan verir ki, müştəriləri arasında daha böyük paya malik olan əhali üçün isti suyun qiymətini artırmasın.  

© Fins.az

12.12.2016 07:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ