Qəbələdəki otel Avropanın ən yaxşı oteli elan edilib

Parisdə “Chateau de Ferrieres” qəsrində 15-ci “Prix Villegiature 2017” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi 21 nominasiya üzrə mükafatlandırma mərasimi keçirilib.

 

Qəbələ rayonundakı “Chenot Palace Health Wellness Hotel” 6 otel arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib gələrək mükafatlandırılıb.

 

Tədbirdə “Chenot Palace Health Wellness Hotel”in direktoru Lorenzo Amaglio ölkəmiz və otel haqqında məlumat verib.

 

Otelin daxili dizayneri Mişel Juanet “Chenot Palace Health Wellness Hotel”in daxili tərtibatından danışıb, Avropanın Azərbaycandan başladığını vurğulayıb.

 

Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Tural Rəsulov ölkəmizi yaxından tanımaq və otelin xidmətlərindən bəhrələnmək üçün münsiflər heyətini Azərbaycana dəvət edib.

 

Qeyd edək ki, “Prix Villegiature” 2003-cü ildə təssis olunub və otelçilik işi üzrə 21 nominasiyada mükafatlar təqdim edir. Mükafatlar 24 jurnalistdən ibarət münsiflər heyətinin səs verməsi yolu ilə müəyyən edilir.

 

© Azərtac

17 Oktyabr 2017 , 08:50   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin