Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan şirkəti “sınaq üçün” istiqraz buraxacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti “sınaq üçün” istiqraz buraxacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın “METAK” şirkəti sınaq məqsədilə 2-3 milyon manat civarında istiqraz emissiyasını planlaşdırır.

 

Reklam_3_11

Bunu “Marja”ya Şirkətin Maliyyə Analitikası və Planlaşdırama üzrə meneceri İsmayıl Hümbətov bildirib.

 

“Bu sınaq buraxılışı olacaqdır. Biz artıq hazırlıqlara da başlamışıq və növbəti aylar ərzində emissiya baş tutacaqdır".

 

İsmayıl Hümbətov qeyd edib ki, “METAK” şirkəti istiqrazların əhali tərəfindən alınmasının tərəfdarıdır:

 

“Biz bu istiqraz buraxılışı ilə kapital bazarının inkişafına öz töhfəmizi vermək istəyirik. Buraxacağımız istiqrazları almaq istəyən potensial investorlar mövcuddur, lakin biz istiqrazlarımızı xalqa satmağa üstünlük verəcəyik. İstəyirik ki, xalqımız bu emissiyadan bəhrələnsin. Eyni zamanda, istiqraz buraxmaqla faiz xərclərimizi və banklardan asıllığımızı azaltmağı hədəfləyirik. Xəclərimiz azaldığından gələcəkdə “METAK”ın mənfəəti daha da artacaqdır”.

 

Şirkətin əməkdaşı qeyd etdi ki, cəlb ediləcək vəsait dövriyyə vəsaitinin  və uzunmüddətli kapitalın artırlmasında istifadə olunacaqdır. İlk emisiya uğurlu olarsa, gələcəkdə yeni emissiyalar həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, "METAK" MMC Azərbaycanda polad və plastik borular və fitinqlər, tikinti işkələləri, qəliblər və müxtəlif növ kənd təsərrüfatı üçün məhsulların istehsalı və satışı ilə məşğul olan, 20 illik təcrübəyə malik şirkətdir. 

17.10.2017 12:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ