Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

IBM-in xalis mənfəəti və gəliri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
IBM-in  xalis mənfəəti və gəliri azalıb

ABŞ-ın texnologiya şirkəti IBM, ilin üçüncü rübündə xalis mənfəət və gəlirlərinin azaldığını bildirib.
 

"Marja" Şirkətdə istinadən xəbər verir ki, ilin üçüncü rübündəki gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 0,4% azalaraq 19,15 milyard dollara geriləyib. IBM, 2016-nın iyul-sentyabr dövründə 19,23 milyard dollar gəlir əldə etmişdi.
 

Reklam_3_11


Açıqlamada, şirkətin xalis mənfəətinin də ilin üçüncü rübündə 2016-nın eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq 2,73 milyard dollara endiyi ifadə edilib. IBM-in xalis mənfəəti keçən ilin üçüncü rübündə 2,85 milyard dollar olmuşdu.


 
Şirkətin bir səhminə düşən mənfəəti ötən ilin üçüncü rübündə 2,98 dollar idisə, bu ilin eyni dövründə 2,92 dollara enib.


 
Şirkətin gəlirində və xalis mənfəətində azalma olduğunu açıqlamasına baxmayaraq, üçüncü rüb balans göstəriciləri bazar gözləntisinin üzərində olub və şirkətin səhmlərində yüksəliş qeydə alınıb.


 
IBM-in səhminin dəyəri 3,5 faiz artaraq 151,60 dollara qədər yüksəlib.

18.10.2017 06:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ