Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Xərcsiz yetişdirib, birini 20-50 qəpiyə satır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xərcsiz yetişdirib, birini 20-50 qəpiyə satır

Azərbaycanda son dövrlər zəli təsərrüfatlarına maraq artıb. Çox insanın iyrəndiyi zəlilər, bir çox xəstəliklərə dərmandır. 

 

"Marja" xəbər verir ki, daha çox Rusiya, Türkiyə, İran və Avropa ölkələrinə satılan zəlilərin qiyməti xaricdə ölkəmizdəkindən qat-qat bahadır. Elə məhz bu səbəbdən də bu işlə məşğul olanlar, süni şəkildə zəlini çoxaltmaqla təsərrüfatlarını genişləndirməyə çalışırlar. 

 

Oğuzun Padar kənd sakini Fəxrəddin Mustafayev artıq 6 ildir ki, zəliçilik təsərrüfatı ilə məşğul olur. Onun sözlərinə görə, həyətyanı sahəsində süni şəkildə yetişdirdiyi bu məhsul heç bir xərc tələb etmir. 

 

Günümüzdə zəli ilə müalicə olunan xəstəliklər əsasən ginekoloji, hipertoniya, varikoz, onurğa sütunu və oynaq xəstəlikləri, sinir sistemi pozulmalarıdır. Amma hər bir müalicə sistemində olduğu kimi burda da əməl olunması vacib qaydalar var. 


Son zamanlar zəliyə olan təlabatı nəzərə alaraq Fəxrəddin Mustafayev təsərrüfatını genişləndirib. Bu il indiyə kimi 5 min ana zəlidən 10 mindən artıq körpə zəli əldə edib və bu proses ilin sonunadək davam edəcək. 

 

Mütəxəssis bildirir ki, ilin sonunadək ümumilikdə 25-30 min arasında körpə zəli əldə edəcək ki, bu da genişləndirilmiş təsərrüfat üçün ilk ildə olduqca uğurlu rəqəmdir. 

 

Hazırda daxili bazarda qiyməti 20-50 qəpik arasında dəyişən zəlilər hər kəsə satılır. 

 

Dünya bazarında isə Azərbaycan zəlisinin qiyməti daha bahadır: Amerikada 25 dollar, Almaniyada 10-15 dollar arasında dəyişir. 

 

Fəxrəddin Mustafayev hazırda İran və Türkiyədən müraciət edənlərə zəli satdığını deyir.

 

Ucuz müalicə üsulu olduğundan qanunsuz zəli alverçiləri və saxta zəli müalicəsi ilə məşğul olanlar da az deyil. Buna görə də həkim məsləhəti mütləqdir.

18.10.2017 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ