Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiyada Azərbaycan Ticarət Evinin açılması gələn ilə qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyada Azərbaycan Ticarət Evinin açılması gələn ilə qaldı

Rusiyada Azərbaycan Ticarət Evi 2018-ci ildə fəaliyyətə başlayacaq. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev məlumat verib.

 

Reklam_3_11

"Hazırda Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir və Azərbaycan məhsulları Belarus bazarına tədarük olunur. Rusiyada Azərbaycan Ticarət Evinin yaradılması istiqamətində işlər başa çatmaq üzrədir və biz onun 2018-ci ildə fəaliyyətə başlayacağını gözləyirik", - deyə o, bu gün Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri" mövzusunda beynəlxalq konfransda qeyd edib.

 

Nazir müavininin sözlərinə görə, Ukraynada Azərbaycan Ticarət Evinin qeydiyyat proseduru başa çatıb və fəaliyyətin həyata keçirilməsi üçün fiziki infrastrukturun yaradılması prosesi gedir.

 

© İnterfaks-Azərbaycan

19.10.2017 09:50

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ