Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Qiyamət" qopdu, sözləri başına böyük bəla oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Qiyamət" qopdu, sözləri başına böyük bəla oldu

Bazarlarda bədbin proqnozlarına görə "Doktor Qiyamət" ləqəbi ilə tanınan Mark Faberin yazdığı bir hesabatda istifadə etdiyi irqçi ifadələr ABŞ ictimaiyyətində böyük əks-səda yaradıb və reaksiyalara səbəb olub.


 
"Marja" xəbər verir ki, yazdığı hesabatında ABŞ-da ağ insanların çoxluqda olmasının yaxşı bir şey olduğunu qeyd edən Faber, "Allaha şükür ki, ABŞ-da ağ insanların sayı qaralardan çoxdur. Əksinə olsaydı ABŞ Zimbabveyə oxşayardı. Baxmayaraq ki, günün birində belə olacaq, amma ABŞ ən azından 200 il ərzində ağların çoxluğu altında iqtisadi və siyasi olaraq işığı gördü" deyib.


 
Faber, reaksiyaların ardından açıqlama edib və sözlərinin arxasında dayandığını bildirib. Özünün irqçi olmadığını söyləyən Faber, tarixi həqiqətləri vurğulamaq istədiyini bildirib.


 
Faberin sözləri ABŞ-da böyük etirazlarla qarşılanıb.


 
"Sprot" şirkətinin rİdarə heyətindən çıxmaq məcburiyyətində qalan Faber, qiymətli metallar şirkəti "Novagold Resources"un rəhbərliyindən də istefa verib.


 
Faberin sözlərinə televiziya kanallarından da reaksiya verilib. CNBC, Fox Business və Bloomberg, Faberi yayımlarına buraxmayacağını bildiriblər.

19.10.2017 11:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ