Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Goldman: Bitcoin "yeni qızıl" deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
Goldman: Bitcoin "yeni qızıl" deyil

"Goldman Sachs" müştərilərinə göndərdiyi arayışda, qızıl almağın nə üçün daha faydalı olduğuna dair fikirlər bildirib. 

 

"Marja" xəbər verir ki, qiymətli metalların uzunmüddətli ən yaxşı investisiya vasitələri olduğunu bildirən qurum, bəzilərinin Bitcoin-i "rəqəmsal qızıl" adlandırmasının əleyhinə çıxıb.


 Goldman, Bitcoin-in kiber hücumlara qarşı "həssas" olduğunu, qiymətlərdə yüksək volatillik olduğunu vurğulayıb. Virtual valyutalarda dövlətlərin tələblərindən qaynaqlana biləcək risklər olduğunu da bildirən Goldman, buna misal olaraq Çindəki son Bitcoin qadağasını göstərib.
 

Böhran dövrlərində kripto pulların yeni forma ala biləcəyini, bu yay Bitcoin və Bitcoin Cash olmaq üzrə iki fərqli kripto valyutanın ortaya çıxdığını xatırladıb.
 


Goldman, qızılda gündəlik volatilliyin (qiymət dəyişikliyinin) daha az olduğunu qeyd edərək, 2017-də Bitcoin-dəki volatilliyin qızıldan təxminən 7 dəfə çox olduğuna diqqət çəkib. Qurum "Kripto valyutalar son dövrdəki məşhurluğuna baxmayaraq, "yeni qızıl" deyil" açıqlamasına  da yer verib.


 
Qızıl bu il 10% bahalaşıb. Qiyməti kəskin dəyişən virtual pul vahidi Bitcoinisə  400%-dən çox bahalaşmışdır.. 

19.10.2017 11:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ