Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikinti sektorunun ən böyük kataloqu istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikinti sektorunun ən böyük kataloqu istifadəyə verilib

Apamark Marketinq və PR şirkəti Gilan Holdinq-in Sənaye portfeli üçün tikinti bazarının ən böyük məhsul kataloqunu hazırlayıb.

 

Şirkətin qrafik və veb dizayneri Bəhruz Manafovun sözlərinə görə məhsul kataloqunun hazırlanması üçün orta hesabla 8 aya yaxın vaxt tələb olundu. Bu müddət ərzində holdinqə daxil olan müəssisələrdə yerdən və havadan 10 400-dən çox foto çəkilişlər həyata keçirilmişdir. Bundan əlavə studiya şəraitində 3200-dən çox məhsul şəkilləri çəkilib, üzərində texniki işlər aparılmışdır.

 

10 bölmə 1500-dən çox məhsul çeşidi

 

Şirkət tərəfindən hazırlanmış kataloq 8 bölmədən ibarətdir. Korporativ müştərilər üçün hazırlanmış kataloq özündə asfalt, beton, kərpic, çınqıl, kalsit, qranit, seramik, alçipan, lift, kanalizasiya sistemləri və s. müxtəlif tikinti materiallarını və avadanlıqlarını birləşdirir.

 

Qeyd edək ki, Apamark şirkəti tərəfindən hazırlanmış 260 səhifədən ibarət olan kataloq 18 Oktyabr tarixində keçirilən İnşaat sərgisində sərgi iştirakçılarına təqdim olunmuşdur. Hal-hazırda şirkət Gilan Sənaye portfelinin korporativ saytı və kataloqun İngilis dilinin variantının hazırlanması üzərində çalışır. Saytın yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

20.10.2017 07:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ