Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Atəşgah Həyat” iri sığorta ödənişləri həyata keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah Həyat” iri sığorta ödənişləri həyata keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atəşgah Həyat” Sığorta Şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, “Atəşgah Həyat” SŞ - də sığortalanmış neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən müəssisənin işçisi ayağına dəmir parçası düşməsi nəticəsində əmək qabiliyyətini müddətsiz itirməklə əlillik dərəcəsi almışdır. Bu hadisə üzrə 82 140 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 

 

Bundan əlavə, eyni sahənin digər müəssisəsinin işçisi platformada təmir işləri zamanı xəsarət alaraq vəfat etmişdir. Bu hadisə üzrə faydalanan şəxslərə (həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları) ümumilikdə 75 647 AZN məbləğində sığorta ödənişi verilmişdir. 

 

Digər sığorta ödənişi ticarət müəssisəsinin işçisinin yol-nəqliyyat hadisəsi nəticəsində vəfatına görə həyata keçirilmişdir. Şirkət tərəfindən faydalanan şəxslərə (ailə üzvləri) ümumilikdə 35 145 AZN sığorta ödənişi edilmişdir.

 

Başqa hadisə sənaye müəssisəsi işçisinin cərəyan vurması nəticəsində vəfatı ilə əlaqədardır. Şirkət tərəfindən faydalanan şəxsə (təqaüdçü valideyni) 18 202 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

 

“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.

20.10.2017 08:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ