Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondu Dollar və Avroya üstünlük verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu Dollar və Avroya üstünlük verir

Bu il sentyabrın 30-u tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 17 milyard 363,8 milyon ABŞ dolları (48,2 faiz), 10 milyard 642,6 milyon avro (34,8 faiz), 1 milyard 355,6 milyon funt sterlinq (5 faiz), 304,2 milyon Avstraliya dolları (0,7 faiz), 1 milyard 367,8 milyon Türkiyə lirəsi (1,1 faiz), 28 milyard 592,6 milyon Rusiya rublu (1,4 faiz), 496 milyard 350 milyon Koreya vonu (1,2 faiz), 3 milyard 208,1 milyon Çin yuanı (1,3 faiz), 54 milyard 732 milyon Yaponiya yeni (1,3 faiz), 540,8 milyon digər valyutalar (1,5 faiz), 1 milyard 245 milyon (3,5 faiz) isə qızıl (970,146 troya unsiya - 30,17 ton) təşkil edir.

 

Reklam_3_11

Bu barədə fondun 2017-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.

 

Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 78 faizi istiqrazlar və pul bazarı alətləri, 13,7 faizi səhmlər, 4,9 faizi daşınmaz əmlak və 3,4 faizi isə qızıl təşkil edib.

 

2017-ci il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 41,2 faiz Avropa, 25 faiz Asiya-Sakit Okean, 26,1 faiz Şimali Amerika, 2,8 faiz Avstraliya-Yeni Zelandiya, 0,1 faiz Yaxın Şərq və 4,8 faiz isə beynəlxalq maliyyə təşkilatları.

 

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 69,1 faizi inkişaf etmiş ölkələr, 26,1 faizi inkişaf etməkdə olan ölkələr və 4,8 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edir.

 

© Azərtac

20.10.2017 14:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ