Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiyanın 33 ton pomidoru Azərbaycana qaytarmasının səbəbi - Açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın 33 ton pomidoru Azərbaycana qaytarmasının səbəbi - Açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidorun idxalına icazə verilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


 
Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilən məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşayiətedici sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoyub. 


 
Qeyd olunur ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin bu müraciəti Dövlət Xidmətinə oktyabrın 17-də daxil olub: “Sözügedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi səbəbindən sərhəddə saxlanılıb. Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiyaya ixrac edilib”.
 


Dövlət Xidməti bildirir ki, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi  istehsalçıların diqqətinə çatdırılıb.

 

© Qafqazinfo

21.10.2017 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ