Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan şirkəti “Bir Pəncərə” vasitəslə Türkiyəyə ixraca başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan şirkəti “Bir Pəncərə” vasitəslə Türkiyəyə ixraca başlayıb

Azərbaycanın “EL-Metal Ltd” şirkəti “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Türkiyə Cümhuriyyətinə 220 min ABŞ dolları miqdarında, 500 tonluq polad pəstah (düzbucaqlı) məhsulunun ixracı ilə bağlı mənşə sertifikatı alıb.

 

“EL-Metal Ltd” şirkətinin nümayəndəsi Rafiq İmanov bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “EL-Metal Ltd” şirkəti bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bilidib ki, Mərkəzə müraciət edən sahibkarların sayı günbəgün artır. Son bir ay ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi” vasitəsi ilə kənd təsərrüfatı məhsulları və qara metallurgiya məhsullarının ixracı ilə bağlı kifayət qədər müraciət olub. Müraciət edənlərin bir çoxu həm də müəyyən məlumatla təmin olunmağı xahiş ediblər. Mərkəz sözügedən sahibkarları hər tərəfli informasiya ilə təmin edib.

 

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16, Bakı şəhəri, tel: 012 521 28 48) fəaliyyət göstərir.

23.10.2017 09:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ