Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Yaponiyada seçkinin qalibi oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yaponiyada seçkinin qalibi oldu

Yaponiyada, keçən ay buraxılan Nümayəndələr Palatası üzvlərini təyin etmək üçün keçirilmiş parlament seçkilərinin rəsmi olmayan ilkin nəticələrinə görə, Baş nazir Şinzo Abe-nin rəhbərlik etdiyi Liberal Demokratlar parlamentin alt qanadı Nümayəndələr Palatasında yerlərin üçdə ikisindən çoxunu qazanıb.
 
 
Yapon dövlət kanalı NHK-nın verdiyi məlumata görə, Baş nazir Abenin rəhbərliyindəki Liberal Demokratlar parlamentin alt qanadı Nümayəndələr Məclisindəki 465 yerdən 312-sini qazanarkən, digər partiyalar 143 yerdə qalıb.
 

Abe, Yaponiyanın qarşı-qarşıya olduğu "milli böhranları" nəzarətə almaq üçün Nümayəndələr Palatasını sentyabr ayının sonunda buraxaraq erkən seçki qərarı vermişdi.


 
Şimali Koreyanın nüvə təhdidi, Fukuşima hadisəsindən sonra aparılacaq nüvə siyasəti və vergi məsələsinin bu böhranlar arasında yer aldığı ifadə edilir.
 


Yaponiyada parlamentin üst qanadı Senata seçki, İyul 2016-da keçirilmişdi. Yaponiya Parlamentini (Diet) təşkil edən Senat və Nümayəndələr Palatasının üzvləri xalq tərəfindən seçilir.

23.10.2017 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ