Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Dövlətin payı olan şirkətlər büdcəyə cüzi kömək edirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətin payı olan şirkətlər büdcəyə cüzi kömək edirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə 2018-ci il dövlət büdcəsinə daxilolmalar 3,2 mln. manat nəzərdə tutulur.


Bu barədə 2018-ci il dövlət və icmal büdcə layihələrinin təqdimatında bildirilir.


Hesabalama Palatasının məlumatında bildirilir ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmalar 2017- ci ilin 6 ayında icra 500 min manat, yəni illik proqnozun 8,4%-i həcmində təşkil edib. Həmin məbləğ 2016-cı ilin yekunlarına görə mənfəətin bölüşdürülməsi nəticəsində “Azərlotereya” ASC-dən daxil olub, bu da 2016-cı ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə eynidir. Digər təşkilatlar tərfindən dividendlər üzrə ödənişlər həyata keçirilməyib.


Qeyd edək ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər dövlət maliyyə və qeyri-maliyyə təşkilatlarından alınan dividendlər üzrə daxilolmalardan ibarətdir. Bu mənbə üzrə daxilolmalar 2017-ci il dövlət büdcəsində 5,95 mln. manat təsdiq olunub ki, bundan 150 min manat "Aqrarkredit” QSC, 4,118 mln. manat “Azər-Türk Bank” ASC, 1,682 mln. manat “Azərlotereya” ASC üzrə alınan dividendlər üzrə nəzərdə tutulub.

 

© Report

23.10.2017 09:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ