Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Kiloqramını 4-5 manata satıb, ruhlandılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiloqramını 4-5 manata satıb, ruhlandılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tovuzda oktyabrın əvvəlindən sarımsaq əkininə başlanıb. Ötən il rayon ərazisində məhsuldarlıq və qiymətlər yaxşı olduğundan təsərrüfat sahibləri bu il əkin sahələrini bir qədər də genişləndirmək fikrindədirlər.

 

Bu sahə üzrə ixtisaslaşan Aşağı Mülkülü kəndində keçən mövsüm 50 hektara sarımsaq səpilmişdisə, bu il əkin sahələri təxminən 2 dəfə genişləndirilib. Qeyd edək ki, ötən il əkin sahələrindən 300 tondan çox sarımsaq istehsal edilmişdi.

 

Aşağı Mülkülü kənd sakini Nüşabə Tağıyeva deyib: “Keçən il yarım hektar sahədə sarımsaq əkmişdik. Sahələrdən bol məhsul götürdük. Cari ildə sarımsaq əkilən sahələri bir hektara çatdırmaq istəyirik.”

 

Aşağı Mülkülü kənd sakini Şəbnəm Vəliyeva isə bildirib ki, ötən il 10 sot sahədə sarımsaq əkib. Sahələrdən 600 kiloqram məhsul toplayıblar və kiloqramını 4-5 manata satıblar. Ona görə də bu il sarımsaq sahələrini bir hektara qədər genişləndiriblər.

 

Tovuzda ötən illə müqayisədə sarımsaq sahəsi 20-30 hektar genişləndirilib. Havaların əlverişli keçməsindən istifadə edən təsərrüfatçılar səpin prosesini oktyabrın sonunadək yekunlaşdırmağı planlaşdırıblar.

 

Olduqca gəlirli bitki olan sarımsaq əl əməyi ilə becərilir. Texnika demək olar ki, təkcə şum işlərində kəndlilərin köməyinə yetir.

 

Soğankimilər fəsiləsinin soğan cinsinə aid bitki növü olan sarımsaqdan məişətdə, həmçinin xalq təbabətində geniş istifadə edilir. Mədə-bağırsaq xoralarının müalicəsində, avitaminozda, zob xəstəliklərində istifadə olunur. Sarımsaq bakteriyaya qarşı da qüvvətli təsirə malikdir.

 

© Azərtac

23.10.2017 10:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ