Tikinti şirkətinə qarşı 5 milyon manatlıq məhkəmə iddiası!
"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.
Həmçinin şirkətin iddiasında ümumi tikilən və satışa yararlı olan sahənin "The Baku Group Ltd" MMC-nin payına düşən 25% hissəsinin proporsional qaydada verilməsi, əgər həmin sahələr satılmışdırsa satışdan əldə olunan pul məbləğinin və 5 milyon manat pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması məhkəmədən istəyib.
"İdeal-İ İnşaat" MMC isə qarşılıqlı iddia tələbi irəli sürüb. Belə ki, şirkət inşa edilmiş çoxmərtəbəli yaşayış binaları üzərində "The Baku Group Ltd" MMC-nin sahiblik, istifadə hüquqlarının olmaması, ərazidə tikinti işlərinin aparılmasına müdaxilə etmələrinin qadağan olunmasını tələb edib.
Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ilkin iddia qismən təmin edilib, "İdeal-İ İnşaat" MMC-nin qarşılıqlı iddiası isə təmin edilməyib.
Məhkəmə qərarından narazı qalan "İdeal-İ İnşaat" MMC apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 12 d. əvvəl
-
15 d. əvvəl
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
-
25 d. əvvəl
MDB ölkələri arasında ilk olaraq İFRS 17 standartına keçid edən həyat sığorta şirkəti
- 27 d. əvvəl
- 39 d. əvvəl
-
48 d. əvvəl
İrana gedən Azərbaycan vətəndaşlarının sayında daha böyük artım olub
- 52 d. əvvəl
-
1 saat əvvəl
Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri keçirib - FOTO - VİDEO
-
2 saat əvvəl
“PAŞA Holding”in şəhid ailələrinə bayram sovqatları çatdırılır