SOCAR Yevlax-Ağcabədidə neft axtarır
SOCAR-ın Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsal bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işləri aparıb.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, Mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə cari ilin aprel ayından aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işləri görülüb.
Bu il üçün nəzərdə tutulmuş çöl işləri uğurla başa çatdırılıb. Əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaq. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 4 saat əvvəl