Beynəlxalq Bank törəmə şirkətini icarə xərclərindən xilas etdi
“Beynəlxalq Lizinq” şirkəti ünvanını dəyişdi
Səhmləri Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olan “Beynəlxalq Lizinq” şirkəti yeni ofisə köçüb. Şirkət bundan sonra Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında, ABB-nin Baş ofisinin əvvəlki inzibati binasında fəaliyyət göstərəcək.
Beynəlxalq Bankdan “Marja”ya daxil olmuş məlumata görə, bu dəyişiklik Bankın törəmə müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədindən irəli gəlir. ABB-ə məxsus binada yerləşməsi “Beynəlxalq Lizinq” şirkətinin öz xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektivliyinin artmasına xidmət göstərəcək.
1999-cu ildə yaradılan, 2007-ci ildən isə “Joint Leasing Company” kimi tanınan şirkət ötən il rebrendinq prosesini başa çatdıraraq “Beynəlxalq Lizinq” şirkəti adlandırılıb. Bu qurum Azərbaycanın ən böyük lizinq şirkəti olmaqla ölkə iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsi missiyasını yerinə yetirir. Kiçik və orta sahibkarlıq müəssisələrinin ehtiyaclarının təmin edilməsinə xüsusilə böyük diqqət yönəldir.
Şirkətin fəaliyyətinin əhəmiyyətli hissəsi tikinti, kənd təsərrüfatı və emal sektorlarına aiddir. “Beynəlxalq Lizinq” şirkəti öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Eyni zamanda, daşınmaz əmlakın lizinqini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl