Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan ət idxalını iki dəfə artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ət idxalını iki dəfə artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 971,8 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.


Dövlət Gömrük Komitəsinin hesabatına görə, yeyinti məhsullarının idxalında dəyər ifadəsində illik müqayisədə 2,3% artım qeydə alınıb.

Reklam_3_11


Hesabat dövründə ət idxalı 91,57% artaraq 46,552 mln. dollara, süd - 69,02% artaraq 9,720 mln. dollara, kərə yağı və süddən hazırlanmış digər yağlar - 27,65% artaraq 49,065 mln. dollara, çay - 29,89% artaraq 39,236 mln. dollara, meyvə-tərəvəz idxalı isə 0,22% artaraq 91,465 mln. dollara çatıb.


Bu müddətdə buğda idxalı 34,57% azalaraq 136,361 mln. dollara, şəkər idxalı 5,96% azalaraq 124,467 mln. dollara düşüb.


Məhsulların miqdar baxımından müqayisəsinə gəlincə, ət idxalında 50,55%, süd idxalında 55,7%, çay idxalında 10,79% artım qeydə alınıb.


Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,31%-dən 15,73%-ə yüksəlib.

 

© Report

24.10.2017 12:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ