Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Daha bir bank “Elektron hökumət” portalına qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir bank “Elektron hökumət” portalına qoşulub

"Elektron hökumət" portalı ilə tərəfdaşlıq edən banklar siyahısına daha bir bank əlavə olunub. Belə ki, artıq "AFB bank" da kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara "Elektron hökumət" portalı üzərindən daha rahat xidmət təqdim edəcək.

 

Portaldan bildirilib ki, bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq, sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka ünvanlaya bilər.

 

Elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. Elektron arayışlar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü vətəndaşın işlədiyi müəssisədən arayış almaq zərurətinin aradan qaldırılmasıdır.

 

Xatırladaq ki, "Elektron hökumət" portalının vətəndaşlara göstərdiyi bu xidməti artıq 25-dən çox bank və kredit təşkilatları tətbiq edir.

 

Hazırda "Elektron hökumət" portalı tərəfindən 18 arayış vətəndaşlara təqdim olunur.

24.10.2017 13:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ