Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Banklar Dolları 1.88 manata qaldırdılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar Dolları 1.88 manata qaldırdılar

4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnələr elan etməyə başlayıblar.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, banklarda dolların satış məzənnəsi 1.88 manata çatıb. Bu, Mərkəzi Bankın örta çəkili məzənnəsindən 5.2%-ə yaxın yüksəkdir. 

 

Hazırda 1 dolları Yapı Kredi Bank Azərbaycan 1.8807 manata, Kapital Bank 1.8720 manata, Bank Respublika 1.8720 manata, Bank of Baku 1.8700-a, Turanbank 1.87, Unibank 1.8500 manata satır.

 

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olunub.

 

12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilmişdir.

 

"Marja"nın əldə etdiyi məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdır.

12.01.2017 11:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ