Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"BakuBus"ın böyük zərərindən sonra, gediş haqlarının qaldırılması gündəmə gəldi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BakuBus"ın böyük zərərindən sonra, gediş haqlarının qaldırılması gündəmə gəldi

Son günlər müzakirəyə səbəb olan məsələlərdən biri də "BakuBus" avtobuslarının gediş haqlarını artıracağı ilə bağlıdır. Buna səbəb isə, 2016-cı ildə "BakuBus"ın 55 milyon manat zərərlə işləməsidir. Bunu nəzərə alan iqtisadçılar bildirirlər ki, yaxın günlərdə "BakuBus" avtobuslarında gediş haqları qaldırıla bilər.

 

Reklam_3_11

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, gedişhaqqı ilə bağlı məsələlər "BakuBus"ın səlahiyyətlərinə daxil deyil.


"BakuBus" daşıyıcı şirkətdir və sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirsəniz, görərsiniz ki, maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkar yanaşma olar" — Piriyev vurğulayıb.


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də açıqlamasında deyib ki, ölkə ərazisində ictimai nəqliyyatda gediş haqlarının qaldırılması nə daşıyıcının, nə də başqa qurumun səlahiyyətindədir: "Bu, birbaşa olaraq Tarif Şurasının qərarından asılıdır. O ki qaldı Bakı Nəqliyyat Agentliyinə, belə bir məsələ bizim gündəliyimizdə yoxdur".

 

Xəbər verdiyimiz kimi, "BakuBus"ötən ili 54 milyon 638 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 42,6% azdır. "Baku Bus" MMC  2015-ci ili 95 milyon 260 min manat zərərlə bağlamışdı.“Baku Bus”ın yığılmış zərəri isə 151,57 mln. manata çatıb. 

 

© Sputnik Azərbaycan 

24.10.2017 15:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ