Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Yerli istehsalı qorumaq" məqsədilə idxal rüsumları qaldırılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yerli istehsalı qorumaq" məqsədilə idxal rüsumları qaldırılacaq

"Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır".

 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. 


Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq:

 

"Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə analoqu istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq". 


DGK sədri aksiz dərəcələrinin ölkədə qiymət artımına səbəb olacağı ilə bağlı yayılan məsələlərə də toxunub:

 

"Burada aksiz dərəcəsinin böyük miqdarda artırılmasından söhbət getmir".


Bununla yanaşı A.Əliyev qeyd edib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində gömrük daxilolmaları 2,430 mlrd. manat həcmində nəzərdə tutulur. Bu isə cari ilin analoji büdcə proqnozundan 180 mln. manat və ya 8% artıqdır.


Komitə sədri DGK xətti ilə toplanan cari daxilolmaların məbləğini də açıqlayıb: "Bu gün səhərə olan məlumata görə, Komitə tərəfindən 2,130 mlrd. manat vəsit toplayaraq büdcəyə köçürülüb. Gələn ilə nikbin baxırıq".

 

© Report

25.10.2017 09:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ