Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ən böyük layihəsinin bağlanış mərasimi olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ən böyük layihəsinin bağlanış mərasimi olacaq

 

WoWoman qadınların inkişaf platforması ən böyük layihəsini başa vurmaq üzrədir. ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin 4 noyabrda bağlanış mərasimi keçiriləcək.

 

Tədbirin gündəliyində “Qeyri-formal təhsilin və biznesin xanımların inkişafında rolu” mövzularında iki panel müzakirəsi nəzərdə tutulub.

 

Müzakirələrin spikerləri qismində ABŞ Səfirliyinin Təhsil üzrə mütəxəssisi Ramina Mürşüdova və İctimaiyyətlə əlaqələr üzrə sədri Caroline Savage, Microsoft şirkətinin ölkəmizdə direktoru Sərxan Həşimov, P&G şirkətində Brand Manager Əliyar Hüseynov, ADBTİA-da Rektorun məsləhətçisi Şəms Mustafayeva, PAŞA Bankın Korporativ Kommunikasiyalar İdarəsinin müdiri Sona Abbasova, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və YARAT incəsənət məkanının PR və Kommunikasiya üzrə sədri Hökümə Kərimova çıxış edəcəklər.

 

Tədbərə xüsusi qonaq kimi Google-dan Nina Levchuk dəvət olunub. Xanım Levchuk mentorluq mövzusunun əhəmiyyətindən bəhs edəcək. Bundan əlavə, Avropa Birliyinin ölkəmizdəki nümayəndləiyinin təmsilçisi Denis Daniilidis də “Stereotipləri qırmaq” mövzusunda çıxış edəcək.

 

WoWoman platformasının təsisçisi Zara Hüseynovanın bildirdiyinə görə, “WoWoman in me” layihəsini bitirən xanımlar bundan sonrakı 3 ay ərzində tanınmış mentorların nəzarəti altında öz xəyallarını həyata keçirəcək. Platforma isə onlara bu yolda dəstək olacaqlar.

 

Qeyd edək ki, Azərbaycanda təsis edilən WoWoman artıq 2,5 ildir fəaliyyət göstərir, dünyanın bir neçə ölkəsində təmçilşilijləri yaradılmışdır.

 

Ətraflı tədbir haqqında məlumat: https://www.facebook.com/events/125201294829525/?active_tab=about#

25.10.2017 10:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ