Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda qaz hasilatı 60% artacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qaz hasilatı 60% artacaq

2021-ci ildə Azərbaycanda qaz hasilatı 46 mlrd. 711,4 mln. kubmetr səviyyəsində proqnozlaşdırılır, bu da 2017-ci ilin proqnozundan 60,7% çoxdur.

 

Hökumətin proqnozlarına görə, 2019-cu ildə respublikada 37 mlrd. 27,7 mln. kubmetr, 2020-ci ildə - 41 mlrd. 532,3 mln. kubmetr təşkil edəcək.

 

Qaz hasilatının artımı 2018-ci ildə “Şahdəniz” yatağının “Mərhələ-2” çərçivəsində hasil olunacaq ilk qazın və 2019-cu ildə “Abşeron” yatağından qaz hasilatına başlanması hesabına gözlənilir.

 

Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycan hökuməti 29 mlrd. 60 mln. kubmetr, 2018-ci ildə - 30 mlrd. 498,3 mln. kubmetr səviyyəsində qaz hasilatını gözləyir.

 

2016-cı ildə Azərbaycanda 29 mlrd. 331,4 mln. kubmetr qaz hasil olunub.

 

© “İnterfaks-Azərbaycan” 

25.10.2017 15:44

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ