Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 2-nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq.

 

Reklam_3_11

Bu barədə "Marja"ya  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

 

Loukoster gələn reysləri isə əvvəlki kimi Terminal 1-ə yerinə yetirməyi planlaşdırır.

 

Terminal 2 mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.

 

Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. Terminal 2-nin uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi ("28 May" metro stansiyası) arasında "Koroğlu" metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir.

 

Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə müraciət etmək olar.

26.10.2017 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ