Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana 13,5 milyon avro vəsait ayrılacaq - SAZİŞ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana 13,5 milyon avro vəsait ayrılacaq - SAZİŞ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 25-də Azərbaycan Respublikası Hökuməti ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı"nın Maliyyələşdirmə Sazişi imzalanıb.

 

Reklam_3_11

"Marja"xəbər verir ki, sənədi Azərbaycan Respublikası Hökuməti adından İqtisadiyyat naziri Şahin Mustafayev imzalayıb.


Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, KOS-ların inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcəkdir. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılıcaqdır.

 

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%-dir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyaların ümumi həcmində Avropa İttifaqı ölkələrinin payı son 10 ildə 46%, qeyri–neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX, Büdcəyə dəstək və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir.

26.10.2017 09:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ